Suriyadakı terrorçuları dəqiqləşdirmək istəyirik - Rusiya XİN

05.11.2015 17:33     Dünyadan reaksiya     2087

Rusiya növbəti Vyana danışıqlarında xarici tərəfdaşlarla Suriyadakı terror təşkilatçılarının siyahısını razılaşdırmaq niyyətindədir.

Reaksiya.az xəbər verir ki, bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib.

“Silahlı qruplaşmalardan hansının terrorçu olduğunu dəqiqləşdirmək və hakimiyyətlə danışmaq üçün birləşmiş müxalifət nümayəndə heyəti məsələsinə aydınlıq gətirmək niyyətindəyik”, - deyə Zaxarova vurğulayıb. 

 

Şərhlər

Çox oxunanlar