Kemeron Putinlə Misirdən danışmaq istəyir - Britaniya inad edir
05.11.2015 18:09 Dünyadan reaksiya 1839
Böyük Britaniyanın baş naziri David Kameron Rusiya prezidenti Vladimir Putinə zəng edəcək.
Reaksiya.az xəbər verir ki, baş nazir Putinlə Misirin Şarm Əl Şeyx şəhərində uçuş təhlükəsizliyi məsələsini danışacaq.
Kameron Şarm Əl Şeyxdən havaya qalxan rus təyyarəsinin bombalı hücuma məruz qaldığı ehtimalının yüksək olduğunu, lakin əmin olmadıqlarını bildirib.
Qeyd edək ki, sentyabrın 30-da Şarm Əl Şeyx şəhərindən havaya qalxan rus təyyarəsinin vurulmasından sonra Şarm Əl Şeyx ilə Bötük Britaniya arasındakı bütün uçuşlar dayandırılıb.
Şərhlər