Obama:"İrqçilik Amerika cəmiyyətinin xəstəliyidir”. - VİDEO

20.06.2015 19:17     Dünyadan reaksiya     1738

ABŞ prezidenti Barak Obama irqçiliyi Amerika cəmiyyətinin xəstəliyi adlandırıb.


ANS TV-nin məlumatına görə, bu bəyanatla Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Çarliston şəhərində kilsəyə hücuma münasibət olaraq çıxış edib. Obama tarixi kilsəyə hücum nəticəsində qaradərili şəxslərin qətli ilə əlaqədar silahın daşınması haqqında qanunların sərtləşdirilməsini təklif edib.

Qeyd edək ki, iyunun 17-də Afrika mənşəli amerikalıların getdiyi kilsəyə silahlı hücum zamanı 6 nəfər öldürülmüşdü. Polis araşdırmalardan sonra hücum edən şəxsin ağdərili 21 yaşlı Dilan Ruf olduğunu müəyyən edib. O, kütləvi qətli irqçilik motivi ilə törətdiyini etiraf edib:

“Qətlin motivi bizə aşkar göstərir ki, irqçilik Amerika cəmiyyətinin xəstəliyidir. Biz ona qarşı birlikdə mübarizə aparmalıyıq. Silahın daşınması haqqında qanunvericilikdə islahatlar aparmaq lazımdır. Hər ölkədə zorakılığa meyllik və ya psixi cəhətdən sağlam olmayan insanlar var. Amma fərq odur ki, hər ölkədə tapançaları bu şəkildə asan əldə etmək olmur. Buna görə də başqa inkişaf etmiş ölkələrdə qətllərin bu cür səviyyəsi müşahidə olunmur”.

Şərhlər

Çox oxunanlar