Liviyada yarım il ərzində 1539 dinc sakin ölüb

06.11.2015 04:10     Dünyadan reaksiya     1594

Liviyada  yarım il ərzində 1539 dinc sakin ölüb.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Fatu Bensuda bəyan edib.

Onun sözlərinə görə, dinc sakinlərin öldürülməsi faktlarının əksəriyyəti İŞİD və  ona yaxın qruplaşmalarla bağlıdır. “Hesabat dövründə ümumilikdə 634 ayrı-ayrı insident zamanı 1539 ölüm faktı qeydə alınıb. 2015-ci ildə ölənlərin sayı aybaay artıb. Dinc sakinlər arasında hər ay ölənlərin sayı 60 nəfərdən az olmayıb”, deyə F.Bensuda bildirib.

BMT-də çıxış edən Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru bildirib ki, altı ay ərzində Liviyada 37 minalanmış avtomobil partladılıb. Partlayışların 26-sı  İŞİD qruplaşmasının terrorçu-kamikadzeləri tərəfindən törədilib. Bundan əlavə, qruplaşma tərəfindən kütləvi şəkildə insanların girov götürülməsi halları qeydə alınıb. Onların əksəriyyətinin müxtəlif səbəblərdən qətlə yetirildiyi bildirilir. 

Şərhlər

Çox oxunanlar