Berlində XİN rəhbərlərinin görüşü keçiriləcək

06.11.2015 04:26     Dünyadan reaksiya     1634

Noyabrın 6-da Berlində “Normand dördlüyü” (Ukrayna, Rusiya, Almaniya, Fransa) XİN rəhbərlərinin  görüşü keçiriləcək.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Almaniya xarici işlər idarəsinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, görüşdə məqsəd Minsk razılaşmalarının həyata keçirilməsində irəliləyişə nail olmaqdır. 

“Hazırkı dövrdə ən aktual məsələ sülh sazişinin siyasi hissəsinin yerinə yetirilməsidir. Donbasda vəziyyəti uzunmüddətli perspektivdə sabitləşdirmək yalnız siyasi proses işə düşdükdən sonra mümkündür. Bu isə konstitusiya islahatı və ATƏT müşahidəçilərinə geniş imkanların yaradılmasını nəzərdə tutur”, deyə Almaniya XİN nümayəndəsi qeyd edib.

Şərhlər

Çox oxunanlar