İŞİD kimyəvi silahdan istifadə etdi

06.11.2015 10:02     Dünyadan reaksiya     1920

İŞİD Suriyadakı münaqişədə kimyəvi silahdan istifadə edib.

Reaksiya.az xəbər verir ki, bu barədə məlumatı Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı yayıb.

Təşkiltaın veridiyi məlumata görə, avqust ayında Hələb şəhərinin Marea qəsəbəsində İŞİD və müxalif təşkilat arasında baş verən toqquşmalarda xardal qazından istifadə edilib.

Xardal qazının təsirindən iki nəfərin təsirləndiyi və bir uşağın öldüyü bildirilir.

Qyed edək ki, bu qaz dəri, göz və ciyərlərdə yanıqlara səbəb olduğuna görə, kimyəvi silah kimi qəbul edilir və beynəlxalq müqavilələrə əsasən istifadəsi qadağan olunub.

Şərhlər

Çox oxunanlar