Britaniya 7 min vətəndaşını evakuasiya edir - Misirdən

06.11.2015 11:02     Dünyadan reaksiya     1969

Böyük Britaniyanın altı ekspertdən nümayəndə heyəti Misirin Şarm-əş-Şeyx şəhərinə gələrək, 7 minə yaxın britaniyalı turistin evakuasiyası barədə müzakirə aparır.

Reaksiya.az xəbər verir ki, bu barədə Misirin xəbər portallarından “Yoyum7”yə təhlükəsizlik orqanlarından bildirilib.

Qeyd olunur ki, Britaniya tərəfi bütün turistlərin baqajsız evakuasiya olunmasını, yüklərin ayrı reyslə daşınılmasını tələb edir.

Bu günlərdə Şarm-əş-Şeyxə gələsi olan Britaniyadan 17 reys  və Britaniyada qeydiyyatdan keçmiş  xarici dövlətlərə aid 2 reys təxirə salınıb.

Şərhlər

Çox oxunanlar