Müharibə daha çox yəmənlilər arasında gedir - Rusiya səfiri
06.11.2015 16:58 Dünyadan reaksiya 1856
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Yəməndə quru əməliyyatları davam edir, amma bu əməliyyatlar məhdud miqyasda aparılır.
Reaksiya.az xəbər verir ki, bu barədə Rusiyanın Sənadakı səfiri Vladimir Deduşkin deyib.
O qeyd edib ki, Səudiyyə Ərəbistanı və ya BƏƏ qoşunlarının xusilərə qarşı səhra döyüşü aparması barədə informasiyaya malik deyil. Onun sözlərinə görə, “Ənsar Allah” qruplaşmasına qarşı bəzi qəbilə dəstələru döyüşür, həmçinin Yəmən ordusundan qopan birləşmələr və ərəb ölkələrinin kiçik kontingentləri burda döyüş aparır.
Səfir vurğulayıb ki, ərəb ölkərini yerlərdə instruktor və xüsusi təyinatlılar təmsil edir ki, onlar irimiqyaslı hərbi əməliyyatlar naparmaq iqtidarında deyil.
O, müharibənin daha çox yəmənlilər arasında getdiyini əlavə edib.
Şərhlər