İran əfqan qaçqınları Suriyaya göndərir - Əsəd üçün ölməyə
06.11.2015 18:04 Dünyadan reaksiya 2375
İran Əfqanıstan gələn qaçqınlara aylıq maaş və yaşayış icazəsi vədləri verməklə, onları Suriyada döyüşməyə göndərir.
Reaksiya.az xəbər verir ki, bu barədə “The Guardian”ın İrandakı müxbiri Səid Kamali Deqan yazır.
Onun sözlərinə görə, İran və Suriyada yaşayan əfqan qaçqınlardan ibarət “Fatemiyun” diviziyası hazırda öz böyüklüyünə görə “Hizbullah”dan sonra ikinci xarici kontingentdir ki, Bəşər Əsədin tərəfində döyüşür.
“İranın dövlət informasiya agentlikləri may ayında xəbər vermişdilər ki, Suriyada müharibənin əvvəlindən etibarən, ən az 200 “Fatemiyun” döyüşçüsü həlak olub. Bundan sonra nə qədər əfqan döyüşçüsü Suriyada ölüb, məlum deyil”, - deyə müəllif yazır.
“The Guardian”ın yazarı vurğulayır ki, Əfqanların Suriyadakı döyüşlərə cəlb edilməsi işləri hər gün olmaqla, əsasən əfqan qaçqınların daha çox yaşadığı iki böyük şəhərdə – Məşhəd və Qumda aparılır.
Müəllif İranıən hərbi xidmətə hətta valideynlərdən yazılı icazə almaqla 18 yaşdan aşağı olan əfqanları da qəbul etdiyini qeyd edir.
“Bu, müdafiəsiz insanların istismarıdır”, - deyə Britaniya qəzetinə açıqlamasında İranda doğulan və sonradan Avropaya qaçan 24 yaşlı əfqan qaçqını, peşəkar fotoqraf Mujtaba Calali deyir. Məqalə müəllifi M.Cəlalinin Suriyada həlak olan ondan çox əfqanın dəfn mərasimində iştirak etdiyini yazıb: “Calali İranda doğulsa da, burda doğulan bütün əfqan uşaqları kimi, İran vətəndaşlığı ala bilməyib. Calali kimi insanlar təhsilini davam etdirməkdə, bank hesabı açmaqda, ölkədən çıxmaq üçün sənəd almaqda və İranda iş tapmaqda böyük çətinliklərlə üzləşirlər”.
Calalinin sözlərinə görə, İranda yaşayan əfqanlar dini baxışlarına görə yox, məhz maliyyə amilinə görə Suriyaya döyüşməyə gedirlər: “Hər həftə Suriyadan 10-15 əfqan döyüşçüsünün cənazəsinin gətirildiyinin şahidi olmuşam”.
Şərhlər