Lavrov Yerevana gedəcək

06.11.2015 18:24     Dünyadan reaksiya     2319

Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəflər arasında daha əvvəldən əldə olunan razılığa əsasən, noyabrın 9-da Ermənistana işgüzar səfər edəcək.

Reaksiya.az Rusiya mətbuatına istinadən xəbər verir ki, S.Lavrov erməni həmkarı Edvard Nalbandyanla görüşəcək.

Görüş zamanı ikitərəfli, regional və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq.

Şərhlər