Aviaşirkət tətilə görə reysləri ləğv etdi

07.11.2015 02:11     Dünyadan reaksiya     1669

Ötən gün Almaniyanın iri aviadaşıyıcısı sayılan "Lufthansa" şirkəti əməkdaşlarının tətilə başlaması səbəbindən 290 reys ləğv olunub.

Reaksiya.az reporta istinadən xəbər verir ki, onlardan 23-ü Frankfurt-na-Mayn və Düsseldorf aeroportlarından uçmalı olan qitələrarası reyslərdir.

Gözləmələrə görə, tətil 7 gün davam edəcək və bu, 37,5 min sərnişinə toxunacaq.

Aviasiya işçilərinin maraqlarını təmsil edən UFO Həmkarlar İttifaqının üzvləri və "Lufthansa" rəhbərliyi tariflərlə bağlı razılıq əldə edə bilməyiblər. Xüsusilə də, əməkdaşların pensiya yaşının və təqaüd müavinətlərinin artırılması məsələlərində kəskin fikir ayrılığı yaranıb.

Həmkarlar İttifaqı tətilin başlanma müddətini qəsdən gizli saxlayıb ki, şirkət qabaqlayıcı tədbirlər görə bilməsin.

Şərhlər

Çox oxunanlar