​Obama neft kəməri tikintisini təsdiq etmədi

07.11.2015 01:12     Dünyadan reaksiya     1759

ABŞ prezidenti Barak Obama Amerika ərazisindən keçməklə Kanadadan Meksika körfəzinə neft nəqli üçün nəzərdə tutulan "Keystone XL" boru kəmərinin tikintisini təsdiq etməyəcəyini bəyan edib.

Reaksiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, layihənin ətraf mühit mühafizəçiləri tərəfindən çoxsaylı etirazlara səbəb olduğunu bildirib.

Obamanın sözlərinə görə, hazırda belə bir neft kəmərinin tikintisi Amerikanın maraqlarına cavab vermir.

 

Layihənin dəyəri 8 milyard dollar dəyərində qiymətləndirilirdi.

Şərhlər

Çox oxunanlar