Rusiya ərazisinin bir hissəsini Çinə verib

07.11.2015 06:14     Dünyadan reaksiya     1867

Rusiya XIX əsrdə II Tiryək müharibəsi dövründə Sin imperiyasının məğlubiyyətə uğramasından sonra Rusiya imperiyasının tərkibinə daxil olan Ussuriya yaxınlığındakı təqribən 5 kvadrat kilometrlik ərazini Çin Xalq Respublikasına geri qaytarıb.

Reaksiya.az bu barədə reporta istinadən xəbər verir.

BBC-nin yazdığına görə, sərhədyanı sahə Pekinin idarəçiliyinə noyabrın 4-də qeyd olunan "Xalqların birliyi günü"ndə verilib.

Geri qaytarılan ərazi Xutubu çayının bir hissəsini - cəmi 4,7 kv. km.-i əhatə edir. Yeni ərazi Çinin şimal-şərqində yerləşən Qirin əlayətinin tərkibinə daxil ediləcək. Torpaq sahəsi Sin imperiyasına məxsus olub. Lakin Britaniya və Fransanın iştirak etdiyi II Tiryək müharibəsindən sonra Rusiyaya verilib.

Hazırda Çin Rusiya hökuməti ilə şəhərdə daha bir limanın inşası barədə danışıqlar aparır.

Çin 1858-ci ildən 1915-ci ilədək öz ərazisinin təqribən 1,5 milyon kv. km-ni Rusiya imperiyasına verib.

"China Daily" nəşrinin yazdığına görə, sərhədlər hələ 1993-cü ildə iki dövlət tərəfindən nəzərdən keçirilib. Elə həmin vaxt torpaq sahəsi Çinə keçib. Bu il isə sərhəd nişanlarının daşınması başa çatıb.

Şərhlər

Çox oxunanlar