İŞİD silahlıları “А321” təyyarəsinin məhv olunması ilə öyünürlər - "Reuters"

07.11.2015 09:33     Dünyadan reaksiya     1741

İŞİD terror qruplaşmasının Suriyanın Rakka şəhərindəki liderləri Sinay adasındakı müttəfiqləri ilə danışıqlar zamanı, sonuncular ərazilərində Rusiyaya məxsus “А321” təyyarəsinin məhv olunması ilə öyünüblər.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə “NBC” telekanalına ABŞ hakimiyyətindəki anonim mənbə bildirib.

“Onlar birmənalı olaraq bunu bayram edirdilər”, deyə mənbə bildirib. Onun sözlərinə görə, terrorçular söhbət zamanı təyyarənin məhv olunması ilə öyünüblər və bunu necə etdiklərini bildiriblər.

Bundan əvvəl Rusiyanın təyyarənin göyərtəsində partlayışın baş verməsini təsdiqləyən hər-hansı fakta malik olmadığı bildirilib.

“The Times” nəşri isə qeyd edir ki, ABŞ və Britaniya kəşfiyyatlarının birgə əməliyyatı zamanı peyk vasitəsilə izlənmə üsulu  istifadə edilərək Rusiyaya məxsus “А321” təyyarəsinin göyərtəsində bomba olduğu barədə İŞİD qruplaşmasının liderləri arasında danışıqlar qeydə alınıb.  

Şərhlər

Çox oxunanlar