Kastro istefa tarixini açıqladı - "Nə ulu baba olacam, nə də..."

07.11.2015 10:10     Dünyadan reaksiya     1996

Kubanın Dövlət Şurası rəhbəri Raul Kastro 2018-ci ildə istefaya getmək niyyətində olduğunu  bildirib.

Reaksiya.az xəbər verir ki, Kastro bu barədə Meksika prezidenti Enrike Penya Nyeto ilə görüşündə bəyan edib.

“Mən nə ulu baba olacağam, nə də ulu nəvə. Əks halda, kubalılar məndən yorulacaqlar. Partiyamızın sonuncu iclasında da, beş il müddətinə vəzifəyə qədəm qoyanda da dediyim kimi, 2018-ci il fevralın 24-də müddətimi başa vurub istefaya gedəcəm”, - deyə Kastro vurğulayıb.

Kastro ikinci dəfə dövlət başçısı seçilərkən. 2013-cü ildə də bu bəyanatla çıxış etmişdi.

Şərhlər

Çox oxunanlar