Rusiyadan Misirə sərnişin reysləri dayandırıldı

07.11.2015 10:35     Dünyadan reaksiya     1854

Rusiyadan Misirə bütün sərnişin reyslərinin həyata keçirilməsi dayandırılıb.

Reaksiya.az -ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatda deyilir:

"2015-ci il noyabrın 6-dan Moskva vaxtı ilə saat 20:00-dan Rusiyanın bütün kommersiya aviaşirkətləri və ümumi təyinatlı aviasiya daşıyıcıları Misir ərazisinə bütün mütəmadi, tranzit və çarter reyslərinin həyata keçirilməsini dayandırır". 

Şərhlər

Çox oxunanlar