Prezidentlik sistemi olsaydı, böhran olmazdı - Türkeş

07.11.2015 10:45     Dünyadan reaksiya     1943

"Türkiyə üçün prezidentlik sistemi faydalı olacaqdı. Belə olan təqdirdə iyunun 7-dəki böhran baş verməyəcəkdi. Prezident seçiləcəkdi və ona uyğun siyasət həyata keçiriləcəkdi".

Reaksiya.az xəbər verir ki, bu sözləri noyabrın 1-dəki seçkiləri qiymətləndirən zaman baş nazirin müavini Toğrul Türkeş deyib.

O, Türkiyə xalqının seçkilərə məsuliyyətlə yanaşdığını qeyd edib: “Türkiyədə qeyri-sabit dövrün yaranmasını istəyirdilər, daxildə və xaricdə bunu arzu edənlər vardı. Vətəndaşlarımız bu oyuna gəlmədi. 7 İyunda xalq bir mesaj vermişdi. Hər dəfə millətə böhtan atanlar, millətə qəzəblənməyi özündə haqq görənlər vətəndaşın öz hissələri ilə hərəkət etdiyinin şahidi olduq. Demək ki, bizim vətəndaşımızın məsuliyyət hissi çox yüksəkdir”.

Həmçinin, Türkeş hər kəsin xalqın verdiyi qərarla razılaşmasının vacibliyini vurğulayıb: “Hər kəs seçkinin nəticələrini qəbul etməlidir, xalq bizə razılıq verdi. Yeni konstitusiya, prezidentlik sistemi kimi məsələlər bu dövrdə Türkiyə həqiqətlərinə uyğun şəkildə müzakirə edilməlir. Iyunun 7-dəki nəticələrdən prezidenti təqsirkar hesab edənlər, indiki halda da təbrik etməyi bacarmalıdırlar. Bundan əvvəl prezidentlik sistemi haqda söhbət getmirdisə, artıq danışılmalıdır. Əgər Türkiyədə prezidentlik sistemi olsaydı, iyunun 7-dən sonrakı o böhran baş verməyəcəkdi. Prezident seçiləcəkdi və ona görə siyasət həyata keçiriləcəkdi”.

Şərhlər

Çox oxunanlar