Türkmənistan-Hindistan qaz kəmərinin inşaatı başladı

07.11.2015 10:52     Dünyadan reaksiya     2109

Türkmənistan prezidenti Qurbanqulu Berdımuxammedov TAPİ (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) qaz kəmərinin Türkmənistana aid hissəsinin inşaatına başlanılması barədə qərar imzalayıb.

Reaksiya.az xəbər verir ki, qərara görə, inşaat işi ilə “Turkmenqaz” və “Turkmenneftqazstroy” dövlət şirkətləri məşğul olacaq.

Kəmərin inşaatı 2015-ci ilin dekabrında başlayacaq, 2018-ci ilə kimi isə işlərin bitirilib təhvil verilməsi nəzərdə tutulur.

Dəyəri 7,6 milyard olan qaz kəmərinin qaz nəqli həcmi ildə 33 milyard kubmetr olaraq hesablanıb.

Şərhlər

Çox oxunanlar