"Cərrah" inanılmaz duelə çıxır - Su-34 ilə motosikl yarışacaq

07.11.2015 11:15     Dünyadan reaksiya     2204

 

Rusiyanın “Cərrah” ləqəbli tanınmış baykeri, “Gecə canavarları” klubunun rəhbəri Aleksandr Zaldostanov Su-34 reaktiv döyüş təyyarəsini duelə çağırıb.

Reaksiya.az rusnovosti.ru saytına istinadən xəbər verir ki, Zaldostaniv Novosibirskdə  döyüş təyyarələri istehsal edən Çkalov zavodunda olub və Su-34 təyyarəsinə baxış zamanı zavod rəhbərliyinə “duel” təklif edib.

“Cərrah” öz motosiklı ilə Su-34 təyyarəsini start zolağında ötməyə çalışacaq. Qeyd edək ki, Su-34-ün maksimal surəti havada 1900 kilometrə çatır.

Şərhlər

Çox oxunanlar