Səudiyyə kralı azərbaycanlı iş adamının otelində

07.11.2015 11:40     Dünyadan reaksiya     1913

G-20 liderlərinin zirvə toplantısı üçün Türkiyəyə səfərə hazırlaşan Səudiyyə Ərəbistanı kralı son bir neçə günə qədər azərbaycanlı milyarderə məxsus olan oteldə qalacaq.

Reaksiya.az anspress-ə istinadən xəbər verir ki, Salman Bin Əbdüləziz AST Telmana məxsus "Mardan Palace"da qalacaq. O, oteli 18 gün müddətinə bağladacaq. 1000 nəfərlik heyeətlə otelə gələcək kral bu xidmətin müqabilində 18 milyon dollar ödəyəcək.

Səudiyyə Ərəbistanı kralı zirvə toplantısından bir neçə gün öncə Antaliyaya gedəcək, toplantıdan bir neçə gün sonra da ölkəsinə qayıdacaq.

Lakin onun təhlükəsizlik qüvvələri kraldan daha öancə "Mardan Palace"yə giriş edəcəklər. Dünyanın ən lüks otellərindən olan bu məkanda otaqlarda şərait kralın vərdişlərinə və istifadəsinə uyğun olaraq dəyişdiriləcək.

Səudiyyə Ərəbistanı kralı bu ilin yay aylarında 700 nəfərlə birlikdə Fransanın Cote d’Azur bölgəsində istirahət edib. Onun qaldığı bölgədə çimərlik belə qapadılmışdı. Lakin kralın bu addımı fransızların qəzəbinə səbəb olub. İnternetlə keçirilən kampaniyada yüz minlərlə insan imza toplayaraq çimərliklərin ictimai yer olduğunu və hamının istifadəsinə açıq olmalı gərəkdiyini qeyd etmişdilər.

Rusiyada yaşayan azərbaycanlı iş adamı Telman İsmayılova məxsus olan dünyanın ən dəbdəbəli otellərindən biri hesab edilən "Mardan Palace" bir neçə gün öncə satılıb. Milyard dollarlıq otelin yeni sahibi Halk Bankdır. 


719 milyon lirəya (təqribən 257 milyon dollar) satışa çıxarılan otel üçün bank yarı qiyməti - 360 milyon 50 min lirə (129 milyon dollar) ödəniş edib.

Bu 7 ulduzlu otel uzun müddət idiki maliyyə problemləri ilə üz-üzə idi.

Şərhlər

Çox oxunanlar