Rusiya və Britaniyadan Misirə - AĞIR ZƏRBƏ
07.11.2015 12:31 Dünyadan reaksiya 1975
Rusiya və Böyük Britaniya vətəndaşlarının Misirdən getməsi ilə, bu ölkə turistlərinin 70 faizini itirəcək.
Reaksiya.az xəbər verir ki, bu barədə Misir Turizm Nazirliyi yanında Məşvərət Şurasının üzvü Muhammed Yusef bildirib.
Onun sözlərinə görə, bu, Misirin ÜDM-sinin 11 faizini, xəzinəyə xarici valyuta mədaxilinin 14 faizini verən turizm sektoruna ağır zərbə vuracaq.
Misirdə A321 təyyarəsinin qəzaya uğramasından sonra, bir çox Rusiya və Böyük Britaniya şirkətləri istirahət etmək istəyən müştərilərə Misir yerinə Türkiyəni təklif etməyə başlayıblar.
Şərhlər