İran xarici işlər naziri 6 ayda bir dəfə məclis hesabat verəcək
22.06.2015 07:12 Dünyadan reaksiya 2002
İran Məclisində qəbul olunan qərara görə, İran Konstitusiyasının 77 və 125 – ci maddələrinə uyğun olaraq xarici işlər naziri baş verə biləcək razılaşmanın qüvvəyə minməsindən sonra hər altı ayda bir məclisə hesabat təqdim etməli olduğu bildirilib.
İran ilə 5 + 1 ölkələri, 30 iyuna kimi sanksiyaları qaldıran və nüvə fəaliyyətləri məhdudlaşdıran əhatəli bir razılaşmağa çatmağa çalışır, ancaq tərəflər arasında sanksiyaların necə qaldırılacağı və nüvə fəaliyyətlərin necə yoxlanılması məsələsində anlaşılmazlıqlar var. İran sanksiyaların hamısının birdən qaldırılmasını, 5 + 1 ölkələri isə nüvə fəaliyyətlərin dayandırılmasını istəyir.
İran ilə 5 + 1 ölkələri 2 apreldə İsveçrənin Lozanna şəhərində razılığa gəlmiş və yekun razılaşma mətninin 30 iyuna qədər tamamlanması mövzusunda razılıq əldə olunmuşdu.
Şərhlər