Sabiq prezident vəfat etdi

07.11.2015 17:17     Dünyadan reaksiya     1960

O 1978-1983-cü illərdə ölkəyə başçılıq edib.

İsrailin beşinci prezidenti İçxak Navon (1978-1983-cü illər) 95 yaşında dünyasını dəyişib.

Reaksiya.az Oxu.Az-a istinadən xəbər verir ki, siyasətçinin ölümünün səbəbləri barədə hələlik heç bir məlumat verilmir.

Navon 1921-ci ildə Qüdsdə dünyaya gəlib. Onun siyasi karyerası ilk israilli baş nazirlər - David Ben-Qurion və Moşe Şerattanın dövründə başlayıb.

1965-cil ildə Navon İsrail parlamentinə (Knesset) Ben-Qurionun RAFİ partiyasından deputat seçilib. Burada o viçe-spiker vəzifəsinə təyin edilib və xarici işlər üzrə komissiyaya rəhbərlik edib.

İsrailin Haaretz qəzeti qeyd edir ki, Navon yegənə israilli prezidentdir ki, karyerasını prezidentlikdən sonra da davam etdirib. 1984-1990-cı illərdə o təhsil və mədəniyyət naziri vəzifəsində çalışıb. Siyasi aləmi Navon 1992-ci ildə tərk edib.

İçxak Navon həmçinin yazıçı və dramaturq kimi tanınır.

Şərhlər

Çox oxunanlar