Rusiyadan Baltikyanı ölkələrə - “Ölü eşşəyin qulağını alarsınız!”
07.11.2015 20:03 Dünyadan reaksiya 1850
Rusiyanın baş nazir müavini Dmitriy Roqozin Baltikyanı ölkələrin Rusiyadan “sovet işğalına görə” təzminat tələb edəcəyi barədə məlumatları şərh edib.
Reaksiya.az xəbər verir ki, Roqozin jurnalistlərin bu sualını eşitdikdə zərbi-məsəllə cavab verib: “Ölü eşşəyin qulağını alarsan, qüsurlu!”.
Bundan əvvəl Estoniyanın baş naziri də bu təşəbbüsü tənqid edib.
Xatırladaq ki, Latviya, Litva və Estoniyanın ədliyyə nazirləri “sovet işğalı”na görə Rusiyadan kompensasiya tələb etmək üçün vahid metodika yaratmaq barədə razılaşıblar.
Şərhlər