Rusiyanın 80 min vətəndaşı evə qayıdır - Misirdən evakuasiya
07.11.2015 20:21 Dünyadan reaksiya 1863
Misirdən 80 min Rusiya vətəndaşının evakuasiyasına başlanılıb.
Reaksiya.az “RİA Novosti”yə istinadən xəbər verir ki, rusiyalı turistlər evə planlı qaydada, biletlərindəki tarixlərlə qayıdacaqlar.
Lakin rusiyalı turistlərin yükləri özlərindən bir neçə gün sonra xüsusi reyslə çatdırılacaq.
Misirə turpaketlər alan müştərilər ya pulun bir qismini geri ala biləcək, ya da təklif olunan başqa yerlərə getməyə razılaşacaqlar. Həmçinin narazı müştərilərin məhkəməyə də müraciət edə biləcəyi vurğulanır.
“Rosturizm”in rəhbəri Oleq Safonov deyib ki, təcili evakuasiyadan söz getmir, turistlər yaxın günlər ərzində istirahətlərini başa vurduqdan sonra təhlükəsiz şəkildə Rusiyaya qayıda biləcəklər.
Şərhlər