Daha 400 miqrant xilas edildi

08.11.2015 00:38     Dünyadan reaksiya     1600

Yunanıstan sahil mühafizə qüvvələri və Avropa İttifaqının “Frontex” idarəsi Türkiyədən yunan adalarına gələn  400-ə yaxın miqrantı xilas edib.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Lesbos və Hios adaları yaxınlığında həyata keçirilən sayca altı əməliyyat zamanı xilasedicilər 9 müxtəlif üzmə vasitəsindən miqrantları evakuasiya edib.

Qeyd olunur ki, mülayim hava şəraiti sayəsində ölüm və xəsarət alma halları qeydə alınmayıb.  

Xatırladaq ki, bir neçə gün əvvəl Lesbos adası yaxınlığında qayığın batması nəticəsində 4 miqrant ölmüşdü. 

Şərhlər

Çox oxunanlar