Polisə atılan mərmi evə düşdü - hamilə qadın yaralandı
08.11.2015 00:46 Dünyadan reaksiya 1630
Türkiyənin Şırnak vilayətində PKK terrorçularının zirehli polis avtomobilinə atdıqları minaatan mərmi fərdi evə düşərək hamilə qadını yaralayıb.
Reaksiya.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, insident nəticəsində 6 aylıq hamilə olan 20 yaşlı Sinem Dal xəstəxanaya yerləşdirilib.
Terrorçuların tutulması üçün bölgədə əməliyyat başlayıb.
Şərhlər