"ABŞ Rusiya ilə müharibə istəmir"
08.11.2015 04:14 Dünyadan reaksiya 1671
“ABŞ Rusiya ilə müharibə istəmir, nə “soyuq”, nə də “isti”. Lakin biz özümüz və müttəfiqlərimizin maraqlarını müdafiə etməkdə davam edəcəyik”.
Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Pentaqonun rəhbəri Eşton Karter bəyan edib.
Onun sözlərinə görə, rəsmi Moskva Avropada münaqişələrə rəvac verir: “Ukrayna və Gürcüstanın suverenliyi pozulub, Baltikyanı ölkələr hədələnir. Suriyada isə Rusiya vətəndaş müharibəsinin oduna yağ tökür”. Bununla belə E.Karter Rusiyanın Suriya münaqişəsində konstruktiv rol oynayacağını da istisna etməyib.
Şərhlər