Almaniyada sığınacaq axtaran şəxslərlə bağlı siyasətə etiraz: Aİ öldürür

22.06.2015 09:43     Dünyadan reaksiya     2046

Aİ ölkələrinin qaçqın və sığınacaq axtaran şəxslərlə bağlı siyasətlərinə etiraz edən “Siyasət naminə gözəllik mərkəzi” adlı bir qrup Federal Məclis qarşısında mitinq keçirib.

İki ədəd tabutla təmsili cənazə mərasimi təşkil edən fəallar Federal Məclis (Bundestag) önündəki çəmənlikdə kiçik kiçik qəbirlər qazaraq üstünə çiçək və şamlar qoyublar. Təxminən 5 min nəfərin iştirak etdiyi etiraz aksiyasında “AB öldürür” şüarı səslənib.

Nümayişçilər Aİ və Almaniyanın sığınacaq axtaran şəxslər bağlı siyasətlərini tənqid ediblər.

Daha əvvəl qrupun verdiyi açıqlamada qaçqınların vəziyyətinə diqqəti çəkmək üçün Nazirlər Kabinetinin qarşısında bir aksiyanın keçirləcəyi qeyd olunmuş, ancaq polis buna icazə verməmişdi.

Şərhlər

Çox oxunanlar