Rumıniyada hökumət əleyhinə nümayişlər səngimir

08.11.2015 04:43     Dünyadan reaksiya     1597

Rumıniyada hökumət əleyhinə gecə nümayişləri davam edir.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, noyabrın 8-ə keçən gecə paytaxt Buxarestin küçələrinə 3 mindən çox insan çıxıb.

Nümayiş ölkə telekanalları ilə canlı yayımlanır. Etirazçılar parlamentin buraxılmasını, vaxtından əvvəl seçkilərin keçirilməsini, pensiya və əmək haqlarının artırılmasını, korrupsiyaya qarşı mübarizə aparmağı tələb edirlər.  

Etiraz aksiyaları Rumıniyanın digər şəhərlərində də keçirilir. Buxarestdə nümayişlər noyabrın 3-dən davam edir. 

Şərhlər

Çox oxunanlar