Bağdadda ard-arda üç partlayış - 9 ölü, 16 yaralı

08.11.2015 02:18     Dünyadan reaksiya     1796

Ötən gün İraqın paytaxtı Bağdad şəhərində üç partlayış baş verib. Nəticədə 9 nəfər ölüb, 16 nəfər yaralanıb.

Reaksiya.az reporta istinadən xəbər verir ki, birinci partlayış Bağdaddan 25 km. şimalda yerləşən buraxılış məntəqəsində terrorçu-kamikadzenin özünü partlatması nəticəsində baş verib.

Partlayış zamanı beş qanun keşikçisi ölüb, bir mülki şəxs yaralanıb.

İkinci partlayış şəhərin şimal-qərb rayonunda qeydə alınıb. Burada iki nəfər ölüb, 9 nəfər yaralanıb. Üçüncü partlayış paytaxtın cənub hissəsində törədilib. Burada bir nəfər ölüb, 6 nəfər yaralanıb.

Şərhlər

Çox oxunanlar