Prezidentliyə namizədə qarşı etiraz aksiyası keçirilib

08.11.2015 08:31     Dünyadan reaksiya     1793

Nyu-Yorkda ABŞ prezidentliyinə namizəd, milyarder Donald Trampın NBC telekanalının verilişində iştirak etməsinə qarşı etiraz aksiyası keçirilib.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, etirazçılar D.Trampın iqamətgahından telekanalın binasınadək yürüş ediblər.

Onlar Respublikaçılar partiyasını təmsil edən milyarderin fikirlərinin irqçi və təhqiredici hesab etdiklərini bildiriblər.

D.Tramp isə öz növbəsində deyib ki, bu cür etirazlar verilişin reytinqini daha da yüksəldəcək. 

Şərhlər

Çox oxunanlar