Dağıstanda 4 qadın İŞİD-ə sponsorluq edib
09.11.2015 10:19 Dünyadan reaksiya 1862
Dağıstanda 4 qadın İŞİD-ə sponsorluq etməkdə ittiham olunur.
Reaksiya.az “Kommersant”a istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Dağıstan sakini olan dörd qadının işi ilə bağlıtəhqiqat işlərini artıq yekunlaşdırıb.
Bu barədə Moskvada Lefortovo məhkəməsindəki iclasda elan olunub və müttəhimlərdən birinin – Həştərxan Tibb Akademiyasının sabiq tələbəsi Səidə Xalikovanın həbs müddətinin uzadılması tələb olunub.
Xalikovanın vəkili Sabir Ağayev müvəkkilinin səhhətinin zəigliyinə görə həbs-qətimkan tədbirini aradan qaldırmağı tələb etsə də, bu müddət dekabrın 15-dək uzadılıb.
Təhqiqat versiyasına görə, Həştərxan Tibb Akademiyasının başqa bir sabiq tələbəsi Darya İsankova “İslam gəncliyinə yardım” adı ilə vəsait yığan cinayətkar qrup yaradıb və uşaq əşyalarının, əldəqayırma sabunların satışından əldə olunan gəlirlə birlikdə toplanılan vəsaiti “İslam dövləti” (İŞİD) qruplaşmasına göndərib.
Şərhlər