Rusiya təyyarəsini bu şəxs partladıb - Britaniyadan iddia

09.11.2015 10:42     Dünyadan reaksiya     2080

 

Britaniyanın “Sunday Times” qəzeti hökumətdəki mənbələrinə əsasən, Misirdə Rusiyanın A321 təyyarəsindəki partlayışla bağlı əsas şübhəlinin adını çəkib.

Reaksiya.az xəbər verir ki, qəzet hadisədə böyük ehtimalla “İslam dövləti” (İŞİD) qruplaşmasının Sinay yarımadasındakı qanadının rəhbəri Abu Usam əl-Məsrinin əlinin olduğunu iddia edir.

Qeyd olunur ki, Britaniya hökumətində əsas versiya kimi, 224 nəfərin öldüyü bu aviqəzanın terror aktı olduğunu düşünürlər.

Əl-Məsrinin təhqiqatın diqqətini çəkən şəxs olduğunu yazan qəzet bildirib ki, bundan başqa, terrorçunun özü də bu hadisə ilə əlaqəsi olduğunu etiraf edib.

Əlavə olunur ki, Böyük Britaniya terrorçuları zərərsizləşdirməkdə Misirə və Rusiyaya kömək edə bilər.

Şərhlər

Çox oxunanlar