Netanyahu ABŞ-a səfər edib - Nüvə sazişi gərginliyi davam edir
09.11.2015 11:08 Dünyadan reaksiya 1944
Dünən ABŞ-a rəsmi səfəri başlayan İsrailin baş naziri Benyamin Netanyahu bu gün ABŞ prezidenti Barak Obama ilə görüşəcək.
Reaksiya.az xəbər verir ki, Netanyahu ilə Obama nüvə müqaviləsini, İranın nüvə obyektlərinin yoxlanılmasını və Fələstin məsələlərini müzakirə edəcək.
Qeyd edək ki, baş nazirin martdakı mübahisəli Vaşinqton səfəri, Konqresdəki çıxışı və apreldə İranla imzalanan yekun nüvə anlaşmasından sonra ilk dəfə ABŞ-a səfər edib.
Digər tərəfdən, Netanyahunun yeni mətbuat katibi Ran Baratzın “Twitter” hesabında ABŞ-ın dövlət katibi Con Kerri üçün yazdığı “12 yaşında uşağın zəkasına sahib biridir” sözlərinin baş nazir ilə prezidentin görüşünə təsiri olub-olmayacağı maraq doğurur.
Şərhlər