Hindistan "Kalaşnikov" istehsal edəcək

09.11.2015 11:24     Dünyadan reaksiya     1883

Dünyaca məşhur olan "Kalaşnikov" (AK) avtomatları bundan sonra Hindistanda da istehsal olunacaq.

Reaksiya.az xəbər verir ki, bu barədə Rusiyanın “Kalaşnikov” Konserninin rəhbəri Aleksey Krivoruçko deyib.

O, hazırda Hindistanın bir sıra dövlət və özəl şirkətləri ilə danışıqların getdiyini qeyd edib.

Başlanğıc mərhələdə Hindistanda bir ildə 50 min “Kalaşnikov”  avtomatının istehsalı nəzərdə tutulub.

Şərhlər

Çox oxunanlar