Avropa İttifaqı başımızı "kosmetik" islahatlarla qatır - Britraniya XİN
09.11.2015 12:23 Dünyadan reaksiya 1928
Avropa İttifaqında “kosmetik islahatlarla” Britaniya vətəndaşlarının başını qatmaq mümkün olmayacaq.
Reaksiya.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Filip Hammond bildirib. O, Brüsseldən daha çox şey gözlədiklərini deyib.
“Söhbət Aİ-nin tutduğu istiqamətlərdə fundamental dəyişikliklərdən gedir”, - deyə Hammond vurğulayıb.
Bundan əvvəl isə xəbər verilib ki, baş nazir Devid Kemeron noyabrın 10-da Avropa Şurasının sədri Donald Tuska Böyük Britaniyanın Aİ-dən tələbləri ilə bağlı məktub göndərəcək.
Şərhlər