Aviaqəzanın səbəbləri barədə bir nəticə də yoxdur - Peskov

09.11.2015 15:08     Dünyadan reaksiya     1887

Misirdə baş verən aviaqəzanın səbəbləri barədə ilkin nəticələr belə yoxdur.

Reaksiya.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitriy Peskov bildirib.

“Hələ danışmaq tezdir. Bildiyiniz kimi, təhqiqatın ilkin nəticələri barədə belə, hələlik rəsmi açıqlama yoxdur”, - deyə Peskov qeyd edib.

Prezident sözçüsü vurğulayıb ki, bu hadisənin terror aktı olduğunu demək hələ tezdir.

Peskov həmçinin A321 təyyarəsində terror aktının törədilməsi ilə bağlı Britaniyadan məlumatlar alındığını da təsdiq edib.

“Həqiqətən də, müəyyən məlumatlar Britaniya tərəfindən verilib. Hansı məlumatlardır, sizə deyə bilmərəm, çünki belə bir informasiyaya malik deyiləm. Biz bu dəhşətli faciənin araşdırılmasında kömək edə biləcək bütün tərəflərlə əməkdaşlığa hazırıq”, - deyə Peskov bəyan edib.

Şərhlər

Çox oxunanlar