Mursi ilk dəfə “edam məhkumu” paltarıyla məhkəmədə

22.06.2015 11:39     Dünyadan reaksiya     2092

 

Misirin hərbi çevrilişlə vəzifəsindən uzaqlaşdırılan seçilmiş ilk prezidenti Məhəmməd Mursi, Qətər xeyrinə casusluq etdiyi iddiası ilə mühakimə olunduğu məhkəmə zalına ilk dəfə qırmızı edam məhkumu paltarı ilə gətirilib.Mursinin Qahirədəki Polis Akademiyasında casusluq ittihamı ilə mühakimə olunduğu məhkəmə davam edir.

“Həbsxanalar basqını" iddiasında edama məhkum edilən Mursi məhkəmə salonunda ilk dəfə edam məhkumu paltarıyla məhkəməyə gəlirdilər. Mursinin, şübhəlilərin yer aldığı şüşə qəfəsə girişi əsnasında, digər şübhəlilər eyni anda “Qəhrəman Mursi”, “Sənin həbsin Vətəni müstəqilliyə qovuşduracaq” və “Qanuni prezident Mursi” şüarları səsləndirilib.

Qeyd edək ki, Misir həbsxanalarında haqqında hələ hökm verilməmiş şəxslər məhkəmə zalına ağ, hökm oxunmuş şəxslər mavi, edam qərarı verilmiş şəxslər isə qırmızı məhkum paltarıyla gətirilir.

Mursinin Qahirədəki Polis Akademiyasında keçirilən məhkəmə iuclası, dəlillərin araşdırılması üçün 25 iyuna təxirə salınıb.

Şərhlər

Çox oxunanlar