S-300 Suriyada - Amerikanın ən qorxulu yuxusu

09.11.2015 17:02     Dünyadan reaksiya     2260

Rusiyanın Suriyada S-300 ailəsindən zenit-raket kompleksləri yerləşdirməsi ABŞ və müttəfiqlərinin işini xeyli çətinləşdirə bilər.

Reaksiya.az xəbər verir ki, bu barədə “The National İnterest” saytının analitiki Deyv Majumdar yazıb.

O qeyd edir ki, S-300 sistemlərinin Suriyaya yerləşdirilməsi barədə məlumatlar təsdiq olunmasa da, Rusiya Hərbi-Kosmik Qüvvələrinin baş komandanı Bondaryov “Almaz-Antey” Konserninin istehsal etdiyi ZRK-ların Suriyaya göndərilməsini təsdiqləyib.

“Hazırda məlum deyil ki, Bondaryov bundan əvvəl Suriyaya göndərilən “Pantsir –S1” ZRK-larını nəzərdə tutur, yoxsa söhbət əlavə texnikadan gedir. Kataoloqa görə, “Almaz-Antey” S-300 sistemlərinin 2 versiyasını istehsal edir: 300PMU2 и С-300VM (Antey-2500).  Hər iki sistemin atəş uzaqlığı 120 milə çatır, hədəfi 100 min fut hündürlükdə belə vura bilərlər. Əgər Suriyada S-300 ailəsindən zenit-raket kompleksləri yerləşdirilibsə, ABŞ və müttəfiqlərinin işini xeyli çətinləşdirə bilərş Bu il Dəniz Piyadaları Korpusundan yüksək rütbəli zabit mənə demişdi i, S-300 ailəsi ən müasir təyyarələrdən başqa, stels-texnologiyaları istifadə edən istənilən qırıcı və bombardımançı təyyarələr üçün təhdiddir”.

Onun sözlərinə görə, 4-cü nəsildən olan təyyarələr (F-15, F-16, F/A-18) üçün S-300 sistemləri böyük təhlükə daşıyır.

“Əgər ruslar Suriyaya ya S-300, ya da S-400 aparıbsa, bu, Suriyanın böyük hissəsini Amerika aviasiyası və müttəfiqləri üçün uçuşsuz zonaya çevirə bilər.Bu sistemlərin qoruduğu ərazilərdə ancaq F-22 Raptor (Lockheed Martin) и B-2 Spirit (Northrop Grumman) təyyarələri uça bilər”, - deyə analitik əlavə edib.

Analitik vurğulayıb ki, S-300 sistemlərinin tez mobilizə olunması, asanlıqla daşınılması rəqiblər üçün işləri daha da çətinləşdirir.

Şərhlər

Çox oxunanlar