BMT: 240 nəfər ölüb
10.11.2015 00:46 Dünyadan reaksiya 1674
Burundidə hökumətə qarşı etirazlar başlanandan azı 240 nəfər ölüb.
Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu BMT-nin insan hüquqları üzrə ali komissarı Zeyd Raad Əl-Hüseyn bəyan edib.
“Burundidə apreldən etibarən azı 240 nəfər ölüb. Ölkədə işgəncə və digər qeyri-insani rəftar və cəzalar qeydə alınıb”, deyə BMT rəsmisi bildirib.
Qeyd edək ki, Burundidə yaşanan böhranla əlaqədar BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası keçirilib.
Şərhlər