Litva Ukraynaya silah verməyə hazırdır

22.06.2015 11:51     Dünyadan reaksiya     1990

 

 

Litvanın Ukraynadakı səfiri Marius Janukonis Ukraynaya hər cür kömək etməyə hazır olduqlarını ifadə edərək, xüsusilə silah yardımı etmək istədiklərini söyləyib.

Janukonis jurnalistlərə verdiyi açıqlamada Ukraynaya hərbi yardıma hər zaman hazır olduqlarını ifadə edib. Səfir bildirib ki, Aİ üzvü ölkələrə nümunə olmaq istədiklərini deyib. Səfir Janukonis fikrini belə tamamlayıb: "Ukraynaya hər cür kömək etməyə hazırıq. Xüsusilə silah yardımı etmək istəyirik. Bizim bu məsələdə siyasi iradəmiz var. Onsuz da yüksək çinli məmurlarımız bu yöndəki niyyətimizi dəfələrlə dilə gətiriblər".

Şərhlər