Fransadan İŞİD-ə ağır zərbə
10.11.2015 04:11 Dünyadan reaksiya 1742
İŞİD-in Deyr əz-Zordakı neft satışı təsisi partladılıb
Fransa müdafiə naziri Jan İv le Drian ölkəsinin Suriyada həyata keçirdiyi hava hücumlarında İŞİD-in nəzarətində olan neft satışı təsisini vurduğunu açıqlayıb.
Reaksiya.az musavatşcom-a istinadən məlumat verir ki, sözügedən təsis Suriyanın şərqində, İŞİD-in 1 ilə yaxındır ələ keçirdiyi Deyr əz-Zor qəsəbəsində yerləşir.
Fransa müdafiə naziri bildirib ki, artıq Fransa Silahlı Qüvvələri Suriya ərazisində üç hava əməliyyatı həyata keçirib və bombardmanda İŞİD-ə aid bir çox hədəf məhv edilib.
Fransa prezidenti Fransua Olland ölkəsinin İŞİD-ə qarşı koalisiyada təmsil olunması ilə bağlı qərarı iyulda verib. Daha öncəki hava hücumlarında Fransada terror aktları düzənləyəcəyi haqqında kəşfiyyat məlumatı əldə olunan cihadçılar hədəf alınıb.
Şərhlər