Britaniya 7 mindən çox vətəndaşını Misirdən çıxarıb

10.11.2015 07:12     Dünyadan reaksiya     1835

Böyük Britaniya 7 min 473 vətəndaşını Misirin Şarm-əş-Şeyx kurortundan çıxarıb.

Reaksiya.az xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin mətbuat xidməti "Twitter"də məlumat yayıb.

Diplomatlar noyabrın 9-da Şarm-əş-Şeyx hava limanlarından göyərtəsində 2,3 min britaniyalının olduğu 11 təyyarənin uçduğunu əlavə edirlər.

Qeyd olunur ki, çevik xidmətlər və səfirliyin təxminən 70 əməkdaşı hava limanlarında turistlərə köməklik göstərir. 

Şərhlər