Futbolçular dövlətə xəyanətdə ittiham olunur

10.11.2015 05:15     Dünyadan reaksiya     1562

Nepal hakimiyyəti 5 futbolçunu dövlət çevrilişində ittiham edib. 
 
Qeyd edək ki, bu ölkədə danışılmış oyunlarda iştirak etmək dövlətə xəyanət hesab olunur ki, bu səbəbdən də 5 oyunçu oktyabrın 27-də məhkəmə qarşısına çıxıb.
 
Reaksiya.az goal.az-a istinadən xəbər verir ki, bunlar Nepal millisinin kapitanı Saqar Tapa, Sandip Ray, Riteş Tapa, Bikaş Sinqx Çxetri və Ancan Key-Sidir. Futbolçular oktyabrın 14-də həbs olunmuşdular. Bundan sonra yerli federasiya millinin beynəxalq oyunlarda iştirakına müvəqqəti qadağa qoyub.

Şərhlər

Çox oxunanlar