Litva ABŞ-dan böyük həcmdə hərbi texnika istəyir

10.11.2015 10:11     Dünyadan reaksiya     1948

Litva hökuməti ölkənin müdafiəsi üçün ABŞ-dan 84 ədəd “Stryker” zirehli maşınları istəyib.

Reaksiya.az xəbər verir ki, söhbət 30 mm-lik toplara sahib M1126 “Stryker” texnikasından gedir.

Podratçı şirkət hələ müəyyən edilməyib.  Hərbi texnikanın ümumi dəyəri 599 milyon dollar dəyərində hesablanır.

Qeyd olunur ki, Litv növbəti il üçün öz hərbi büdcəsini 35 faiz, 574 milyon dollara qədər artırıb.

Oktyabrın sonunda Estoniya ABŞ istehsalı olan hərbi texnikanın ilk partiyasını əldə edib.

Şərhlər

Çox oxunanlar