Avropa İttifaqı Aralıq dənizində həbi əməliyyatlara başlayır

22.06.2015 12:29     Dünyadan reaksiya     1718

Avropa Ittifaqı (Aİ) bu gün Aralıq dənizində hərbi-dəniz əməliyyatlarının başlamasını elan edəcək.

Reaksiya.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond Aİ-nin XİN başçılarının Lüksemburqdakı görüşündən əvvəl bildirib.

“Bu gün Aralıq dənizində əməliyyatların başlaması elan olunacaq və bu əməliyyat ayrıca fazalara bölünəcək”, - deyə britaniyalı nazir bildirib.

Onun sözlərinə görə, hərbi-dəniz əməliyyatı miqrantalrın nəqli ilə məşğul olan cinayətkar qruplaşçaıara qarşı yönəldiləcək, lakin hərbi-dəniz əməliyyatlarının üçüncü fazasına BMT-nin mandat verməsindən sonra başlanılacaq.

Şərhlər