Prezidentdən "çətənə debatları" - Ekspertlər qərar verməlidir
10.11.2015 12:47 Dünyadan reaksiya 1989
Meksika prezidenti Enrike Penya Nyeto ölkədə gözlənilən çətənə satışının leqallaşması əleyhinə çıxış edib.
Reaksiya.az xəbər verir ki, bununla belə, Nyeto bunun “şəxsi fikri” olduğunu deyib və Meksika DİN-inə ekspertlərin iştirakı ilə geniş “çətənə debatları” keçirməyi tapşırıb.
Prezidentin fikrincə, bu məsələdə qərar verməzdən əvvəl, çətənə istifadəsi ilə bağlı dövlət siyasətini müəyyən etmək lazımdır.
O, əlavə edib ki, çətənə istifadəsinin “insan haqları çərçivəsində” başa düşülməsi tamamilə aydındır.
Şərhlər