"Heç bir güzəştə getməyəcəyik" - Ərdoğan
10.11.2015 14:35 Dünyadan reaksiya 1988
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu Mustafa Kamal Atatürkün ölümünün 77-ci ildönümünə həsr olunmuş anım mərasimində iştirak ediblər.
Reaksiya.az xəbər verir ki, mərasim Atatürk Mədəniyyət, Dil və Tarix Mərkəzi tərəfindən təşkil olunub.
Mərasimdə çıxış edən Ərdoğan bu fikirləri səsləndirib: "Qazi Mustafa Kamal Atatürkü hörmətlə yad edirik. Rusiya, Balkanlar, 1-ci Dünya Müharibəsində milyonlarla itki vermişik. Bizi vətənsiz qoymaq istəyənlərin qarşısını Mustafa Kamal Atatürkün liderliyi ilə aldıq. Vətənimizi çox ağır bədəllər ödəyərək azad etdik. Bu gün də vətənimizi qorumaq üçün bədəl ödəməyə davam edirik. Son 3 ayda 175 şəhid verdik. Vətən olmaq şüuru ilə övladlarımız bu dastanı bir daha yazırlar. Bu torpaqlar bizim vətənimizdir. Tək millət, tək vətən, tək bayraq, tək dil deyirəm. Bu dörd prinsip ölkə və millət olaraq bizim gələcəyimizi də üzərində quracağımız dörd sütundur. Bunların heç birini güzəştə getməyəcəyik".
Şərhlər