"Verilən sözlər 3 ay ərzində həyata keçiriləcək" - Davudoğlu
10.11.2015 17:20 Dünyadan reaksiya 1908
“Parlament seçkilərindən əvvəl AKP-nin bəyannaməsində verilən hər sözün ən azı 3 ay ərzində yerinə yetiriləcək”.
Reaksiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu TRT televiziya kanalında canlı yayımda bildirib.
Davudoğlu Türkiyənin terrorizmlə mübarizə sahəsində zəiflik göstərmədiyini qeyd edib: "Qarşıdakı dörd ildə ərzində gərginliyi azaltmağa çalışacağıq, ortaq müzakirə mədəniyyəti formalaşdırmaq öhdəliyim var. Kim hansı formada təhrik etsə də, gərginliyin yaranmasına imkan verməyəcəyik".
Həmçinin, baş nazir minimum əmək haqqı, tələbələrin təqaüdlərinin, polislərin, əsgərlərin maaşlarının artılması vədlərinin qısa zamanda həyata keçiriləcəyini söyləyib: "Siyasi və iqtisadi islahatların birinci mərhələsini altı ay ərzində tamamlayacağıq. Məclis evləri və məhkəmə islahatı da altı ay ərzində həyata keçiriləcək. Seçki əvvəl verdiyimiz bəyannamədəki hər söz ən az üç ay ərzində yerinə yetiriləcək. Orta və uzun dövrlü böyük struktur islahatları prosesinə başlamaq istəyirik. Hökümət proqramının oxumasından sonra 3, 6 aylıq və 1 illik təcrübə bəyannaməsini də açıqlayacağıq. Sahibklarları və işçiləri sabah bir araya gətirəcəm və hökümət proqramlarını onları dinləyərək hazırlayacağıq".
Şərhlər